ABŞ Prezidenti Co Bayden ölkənin iqtisadi problemlərindən danışarkən Çini “saatlı bomba” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Amerika lideri Çinin problem içində olduğunu deyib.
“Onların bəzi problemləri var. Bu yaxşı deyil, çünki pis insanların problemi olanda pis işlər görürlər”, - Bayden bildirib.
Amerika prezidenti qeyd edib ki, Çinə zərər verməyə çalışmır və bu ölkə ilə rasional münasibətlər axtarır.