Quruçeşmədə tarixi bina çöküb.
Teleqraf.com "TRT Haber"-ə istinadən xəbər verir ki, Beşiktaş Quruçeşmədə 3 mərtəbəli yol kənarında təmir işləri aparılan malikanə uçub.
Dağıntılar altında qalan 2 nəfər ətrafdakıların köməkliyi ilə çıxarılıb. Ağır yaralanan Atilla Aydını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.