“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya lideri Vladimir Putinə qarşı sui-qəsdin təşəbbüskarı ola bilər. Rusiya lideri “Vaqner”in qiyamından sonra Priqojini əbəs yerə aradan götürmədi, bu, bağışlanmaz səhvdir.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı publisist, sosioloq İqor Eydman deyib.
Ekspertin fikrincə, Putin Priqojini tezliklə fiziki cəhətdən məhv etməsə, o zaman Rusiya lideri üçün təhlükəli hala gələcək. Eydman hesab edir ki, Putin Priqojini öldürməməklə bağışlanmaz səhv edib.
“Bir çox güc strukturlarının təmsilçiləri qərarların qəbul edilməsindən kənarda qalmalarından narazıdır. Təhlükəsizlik Şurasında isə yaşlılar oturublar, öz güc strukturlarını təmsil edirlər. Onların hamısı yaşlı insanlardır, əsasən 70-dən yuxarıdır, heç yerə getməyə hazırlaşmırlar və illərlə oturmağa hazırdırlar. Artıq onların yerləri üçün növbə yaranmışdı”, - ekspert bildirib.
Eydman vurğulayıb ki, “Vaqner” rəhbəri – “Putinin aşpazı” onların çoxunu tanıyır və onları yedizdirib:
“O, narazılar arasında keçid, yeni sui-qəsdin təşəbbüskarı ola bilər”.