ABŞ administrasiyası Konqresin yaxın vaxtlarda Ukraynaya hərbi sahədə əlavə yardım üçün federal büdcədən vəsaitin ayrılmasını təsdiqləməyə çağırır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentində jurnalistlərə açıqlamasında bildirib.
O xatırladıb ki, ötən həftə ABŞ Prezidenti Co Bayden Ukraynaya, o cümlədən hərbi sahədə yardım göstərmək üçün 24,1 milyard dollar ayrılması üçün qanunvericilərə sorğu göndərib.
“Mən Konqresi bu əlavə maliyyə tələbini dərhal təsdiqləməyə çağırıram. Dövlət Departamenti Ukrayna tərəfdaşları ilə işləyir ki, bu ölkəyə uzunmüddətli perspektivdə Rusiyanı gələcək təcavüzündən çəkindirməyə və lazım gələrsə, özünü müdafiə etməyə kömək etsin”, -deyə dövlət katibi söyləyib.