18 Avqust 2023 14:23
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Media Mərkəzi İngiltərədəki NATO Müttəfiq Dəniz Qüvvələri Komandanlığının Nortvud bazasında xidmət edən və Türkiyədə yüksək rütbəyə yüksələn ilk qadın polkovnik olan Gökçən Fıratla bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada Fıratın yerinin alyansın uğurlu dəniz əməliyyatları və təlimləri üçün çox vacib olduğu bildirilib.

Açıqlamada Türkiyə Silahlı Qüvvələrində admiral rütbəsinə yüksələn ilk qadın olan Fıratın NATO-dakı missiyasının təfərrüatları paylaşılıb. Onun kritik bir missiyasının olduğu deyilib: “Onun yeri NATO-nun dörd daimi dəniz qüvvələrinin böyük çoxmillətli missiyalarda iştirakı da daxil olmaqla, alyans miqyasında dəniz əməliyyatları və təlimlərinin müvəffəqiyyəti üçün çox vacibdir”.

Kontr-admiral Fıratın MARCOM missiyasından əvvəl Norveçdəki NATO Müştərək Hərbi Mərkəzdə də xidmət etdiyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər