Rusiyanın Tver vilayətində qəzaya uğramış təyyarənin göyərtəsində “Vaqner” özəl hərbi şirkətinin komandiri Dmitri Utkin də olub.
Teleqraf.com xəbər verir ki, Utkin “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojinin yaxın adamı hesab olunurdu.
Qeyd edək ki, Y.Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvadan Sankt-Peterburq şəhərinə uçurmuş. Təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.