24 Avqust 2023 11:04
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna aviasiyası ötən sutka ərzində Rusiyanın idarəetmə məntəqələrinə 2, şəxsi heyətinin cəmləşdiyi ərazilərə 9, zenit-raket komplekslərinə 4 zərbə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Rusiyanın 2 idarəetmə məntəqəsi, şəxsi heyətinin, silah-sursat və hərbi texnikalarının cəmləşdiyi mövqeləri və 2 artilleriya sistemi sıradan çıxarılıb.

Eyni zamanda, ruslar Dnepr şəhərinə raket zərbələri endirib. Ümumilikdə, Rusiya Ukraynanın mövqelərinə və yaşayış məntəqələrinə 10 raket və 57 hava, digər sistemlərindən 70 zərbə endirib.

“Həmçinin, işğalçılar “Şahid-136” və “Şahid-131” PUA-larından (İran) istifadə etməklə növbəti dəfə Ukrayna ərazisinə hücum ediblər. Hava hücumundan müdafiə qüvvələrimiz düşmənin 12 hücum PUA-sını sıradan çıxarıb. Təəssüf ki, Rusiyanın terror hücumları nəticəsində dinc sakinlər həlak olub və yaralanıb. Yaşayış binaları, liman, məktəblər və digər mülki infrastrukturlar dağılıb. Ukraynanın bütün ərazisində raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır”, - Baş Qərargah bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər