Səudiyyə Ərəbistanı, İran, Çin və Monqolustan KTMT ölkələrinin Belarusda keçiriləcək hərbi təliminə müşahidəçi qismində dəvət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə KTMT-nin Baş Qərargah rəisi general-polkovnik Anatoli Sidorov məlumat verib.
“Belarusda keçiriləcək hərbi təlimlərə KTMT-yə üzv olmayan dövlətlərin nümayəndələri - Səudiyyə Ərəbistanı, İran, Çin və Monqolustan müşahidəçi qismində dəvət olunub”, - general deyib.
Sidorov bildirib ki, KTMT-nin qarşıdakı hərbi təlimlərində əsas diqqət pilotsuz təyyarələrdən istifadə və onlarla mübarizə tədbirləri olacaq.
Təlimlər 1-6 sentyabr tarixlərində baş tutacaq.