13 Yanvar 2015 02:07
735
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amerika Birləşmiş Ştatları İrana qarşı yeni sanksiyalar tətbiq etməyəcək. Müvafiq açıqlama ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer çıxış edib.
O, bildirib ki, İrana qarşı yeni sanksiyaların qəbulu Tehranın nüvə proqramı üzrə danışıqlara ciddi xələl gətirə bilər.
Teleqraf.com-un məlumatına görə, bu barədə informasiyanı “Reuters” agentliyi yayıb.
“Konqresin bəzi üzvləri İrana qarşı sanksiyaları genişləndirməyin vaxtı çatdığına əmindirlər. Onların iddiasına görə, bu, Tehranın nüvə proqramından əl çəkməsi üçün ən səmərəli yoldur”, - deyə Pauer vurğulayıb.
ABŞ rəsmisi söyləyib ki, bu məsələdə o, fərqli mövqe daşıyır: “Çünki sanksiyaların genişlənməsi nəticə əldə olunması üçün əvvəllər göstərilmiş cəhdlərin hamısını heçə endirə bilər”.

Müəllif:

Oxşar xəbərlər