Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya doğum günü münasibətilə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, Putin təbrik məktubunda onunla belarus siyasətçisi arasında yaradılmış qarşılıqlı anlaşmanı səmimiyyətlə qiymətləndirib.
“Əminəm ki, birgə səylərlə biz istənilən çətinlikləri dəf edə və Rusiya-Belarus əməkdaşlığının genişlənməsini təmin edə biləcəyik”, - deyə məktubda bildirilib.