31 Avqust 2023 11:54
9 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigerdə ​​hakimiyyəti ələ keçirən “Vətəni Xilasetmə Milli Şurası” Fransadan sentyabrın 3-dək qoşunlarını ölkə ərazisindən çıxarmağı tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News Arabia” (BƏƏ) telekanalı məlumat yayıb.

Niger Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi xatırladıb ki, Fransaya silahlı qüvvələrini ölkə ərazisindən çıxarmaq üçün 30 gün vaxt verilib. Bu müddət sentyabrın 3-də başa çatır.

Telekanal qeyd edir ki, Niger əhalisi arasında Fransa hərbçilərinin ölkədə olmasından narazılıq artır.

“Sky News Arabia”nın məlumatına görə, ölkə rəsmiləri Nigeri tərk etməyə məcbur etmək üçün Niamey bazasında yerləşdirilmiş fransız hərbçilərinin qida, elektrik və su təchizatını kəsməyə çağırılır.

Bundan əvvəl, xunta Fransa ilə bütün hərbi müqavilələrə xitam verildiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu