Ben Uolles 2019-cu ilin iyul ayından bəri tutduğu Böyük Britaniya müdafiə naziri vəzifəsindən istefa verib.
Teleqraf.com xəbər verir ki, onun istefa ərizəsi Baş nazir Rişi Sunakın adından hökumətin saytında dərc olunub.
Uolles iyulda Sunak tərəfindən planlaşdırılan növbəti kadr dəyişikliyi zamanı kabineti tərk etmək niyyətində olduğunu açıqlamışdı. Daha sonra nazir siyasətdən bezdiyini demişdi.
İstefa məktubunda həddindən artıq məşğul olduğu üçün diqqətdən kənarda qoyduğu həyatın yeni sahələrinə vaxt ayırmaq və özü üçün yeni imkanlar kəşf etmək istəyini təkrarlayıb.