31 Avqust 2023 19:57
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara Dəniz Taxıl sazişi ilə bağlı işlərimiz davam edəcək, bu razılaşma həm dünyada ərzaq təhlükəsizliyi, həm də Qara dənizin sabitliyi və sülhü üçün son dərəcə vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla birlikdə jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, BMT tərəfindən Türkiyənin də töhfələri ilə yeni bir təklif paketi hazırlanıb.

"Düşünürük ki, bu təklif təşəbbüsün canlandırılması üçün uyğun bir əsas təşkil edir", - deyə o əlavə edib.


Müəllif: Teleqraf.com