Özbəkistan Ali Məclisi ictimai yerlərdə üzü gizlədən və şəxsi tanınmasına mane olan geyimləri qadağan edən düzəlişlər qəbul edib.
Teleqraf.com xəbər verir ki, qadağanın pozulması intizam tənbehi ilə nəticələnəcək.
Qadağaya tibbi resept əsasında qapalı geyimlər, eləcə də iş və rəsmi fəaliyyətlə bağlı geyimlər daxil deyil.
Dəyişiklik Özbəkistanda ictimai asayişin qorunmasına yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq məqsədilə qəbul edilib.