Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə silah müqaviləsi bağlamağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” qezeti yazıb.
“Şimali Koreya və Rusiya arasında razılaşmanın nəyi nəzərdə tutacağı hələ aydın deyil. Pxenyan döyüş sursatı, çoxsaylı buraxılış raket sistemləri və qısa mənzilli ballistik raketlər təklif edə bilər - bütün bunlar Moskvaya Kiyevin əks-hücumunu dəf etməyə kömək edəcək”, - nəşr qeyd edib.
Nəşr-in məlumatına görə, Moskva buna cavab olaraq taxıl, neft, hərbi texnologiya, həmçinin xarici valyutada ödəniş təklif edə bilər. Beləliklə, Rusiya Şimali Koreyanı “yüksək həssas hərbi texnologiyalar”la təmin etməyə də inandıra bilər.