14 Yanvar 2015 09:18
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hökuməti İraqda İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı hava hücumlarında iştirak müddətinin artırılmasına qərar verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu addım Parisdə 17 adamın ölümünə yol açan hücumlardan sonra atılıb.

Milli Assambleyada çıxış edən baş nazir Manuel Valls deyib ki, Fransa dinə qarşı deyil, ekstremizmə qarşı müharibə aparır. O, Fransanın terrorizm, cihad və radikal islam əleyhinə müharibə apardığını bildirib. Baş nazir Fransanın vətəndaşlarını müdafiə edəcəyini deyib.

Parlamentin aşağı palatası tərəfindən İŞİD-ə qarşı hava hücumlarında iştirak müddətinin artırılmasına dair qərar artıq təsdiq edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər