15 Sentyabr 2023 08:28
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin müdafiə naziri Li Şanfu vəzifəsindən kənarlaşdırılıb və onunla bağlı təhqiqat aparılır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qəzet Pekinin hərbi və xarici siyasətindəki xaosun növbəti əlaməti kimi təsvir edir.

Xatırladaq ki, daha öncə “Reuters” agentliyi Li Şanfunun iki həftədən çox ictimaiyyət qarşısına çıxmadığını bildirib.

Yayın əvvəlində ölkənin xarici işlər naziri Sin Qan uzun müddət ictimaiyyət qarşısına çıxmayıb. O, cəmi altı ay nazir vəzifəsində çalışıb. Versiyalardan birinə görə, buna səbəb məmurun Honkonq televiziyasının jurnalisti Fu Syaotyanla romantik münasibəti olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər