18 Sentyabr 2023 13:41
9 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Suriya arasında vasitəçilik iddiasına olan Tehran Ankaranın qəbul edə bilməyəcəyi təklif irəli sürüb.

Teleqraf.com xəbər verir ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ankara və Dəməşqə əlaqələrin normallaşdırılması ilə bağlı planı təklif etdiklərini açıqlayıb.

İranlı nazir bildirib ki, ilk növbədə Dəməşqin tələbi ilə türk hərbçilərinin Suriyanın şimalından çıxarılmasını təklif ediblər. Onun sözlərinə görə, bunun müqabilində Türkiyəyə qarşı terror təhlükəsinin qarşısını almaq üçün Suriyanın şimal sərhədlərində qoşun yerləşdirmək təklifini veriblər.

Abdullahiyan İran və Rusiyanın da bu planın təminatçısı olacağını iddia edib. Türkiyə və Suriyanın bu təklifə necə cavab verdiyi açıqlanmayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov da ötən ay Adana razılaşmasını gündəmə gətirmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl terror təhlükəsi tam aradan qalxana qədər Suriyada antiterror əməliyyatlarının davam edəcəyini və qüvvələrin orada qalacağını bildirmişdi. Türkiyə lideri Suriya başçısı Bəşər Əsədin müvafiq açıqlamasına da etirazını çatdırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər