25 Sentyabr 2023 13:03
4 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Seul son 10 ildə ilk dəfə Çin lideri Si Cinpinin Cənubi Koreyaya səfərinə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Cənubi Koreya Prezident Yun Sok Yolun komandası səfərin təşkili üzərində işləyir. Məlumat Si Cinpinin Asiya Oyunlarının açılışında iştirak etmək üçün Çinə səfər edən Cənubi Koreya baş naziri Xan Day-su ilə görüşündən sonra yayılıb. Çin lideri baş nazirlə görüşündə Cənubi Koreyaya səfər etməyi ciddi şəkildə düşündüyünü deyib.

Cənubi Koreya prezidentinin müşaviri Ço Tay-yon bildirib ki, bu il Si Cinpinin səfərini təşkil etmək çətin olacaq, amma gələn il mümkündür.

“Bunun Koreya-Çin münasibətlərində dönüş nöqtəsi olacağı gözlənilir. Bu, bizim nail olmaq istədiyimiz məqsəddir”. – Ço əlavə edib.

Cənubi Koreya Yaponiya və Çinlə üçtərəfli sammitin bərpası üzərində işləyir. Son dəfə belə danışıqlar 2019-cu ildə baş tutub. Amma bu, əvvəlcə COVID-19 pandemiyası, sonra isə siyasi gərginlik səbəbindən dayandırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər