13 May 2014 13:13
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada ötən ay qaçırılan İordaniya səfiri Favaz əl-İtan sərbəst buraxılıb. Xatırladaq ki, səfir silahlı qruplaşma tərəfindən İordaniya həbsxanasında məhkum olan üzvlərinin dəyişdirilməsi məqsədilə qaçırılmışdı.

Teleqraf.com-un yaydığı məlumata görə, səfir Favaz əl-İtan artıq İordaniyaya yollanıb.

Amma səfirin azad olunması müqabilində terrorçunun həbsxanadan buraxılmasına dair məlumat yoxdur.
Sərbəst buraxılması tələb olunan təşkilat üzvünün Mohamed Dersi olduğu və 2007-ci ildə İordaniya Hava limanına bombalı hücum etdiyi və terror aktı törətdiyinə görə məhkum edildiyi bildirilir.

Ülviyyə


Müəllif: Teleqraf.com