Rusiya qüvvələri gecə saatlarında “Şahid” tipli hücum PUA-larından (İran) istifadə edərək Ukraynaya növbəti kütləvi hücuma keçiblər. Cənubda çox sayda PUA məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” müdafiə qüvvələrinin sözçüsü Natalya Humenyuk məlumat verib.
Onun sözlərinə görə, gecə boyu 24 İran PUA-sı məhv edilib. Ruslar dronlarla Ukraynanın cənub və cənub-şərq bölgələrini hədəfə alıblar.
Humenyuk qeyd edib ki, “Şahid”lərin əksəriyyəti Azov dənizinin şərq sahillərindən və ya Krım yarımadasından atılır.