5 Oktyabr 2023 12:34
7 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yuri Kim ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, ABŞ Senatı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə Dövlət Departamentinin sanksiyalar siyasətinin keçmiş koordinatoru Ceyms Obraynın namizədliyini təsdiqləyib.

Obrayn xüsusilə Rusiya ilə münasibətlərlə bağlı məsələləri koordinasiya edəcək, həmçinin Cənubi Qafqazla təmaslara cavabdeh olacaq.

Yuri Kim bu yaxınlarda Sentada keçirilən dinləmələr zamanı Azərbaycan əleyhinə qondarma ittihamlarla gündəmə gəlmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər