Ukrayna Prezidenti Vladimir Zelenski və Ermənistan Baş naziri Nikol Paşinyan Qranadada qısa görüş zamanı Cənubi Qafqazın təhlükəsizliyini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Zelenski X sosial şəbəkəsində yazıb.
“Ermənistan baş naziri ilə ilk görüşümüz zamanı Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini diqqət mərkəzində saxladıq, Ukrayna regionun sabitliyində və xalqlarla dostluq münasibətlərində maraqlıdır. Biz ikitərəfli əməkdaşlığımızı və regionlararası iqtisadi layihələrimizi də müzakirə etdik”, - Ukrayna prezidenti bildirib.