Qəzza zolağında vəziyyətin pisləşməsi fonunda Vaşinqton İranın qarşısını almaq üçün yaxın vaxtlarda Yaxın Şərqə əlavə 20-25 ədəd F-15 və F-35 qırıcıları göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla ABŞ-ın CNN telekanalı məlumat yayıb.
Kanal vurğulayıb ki, döyüş təyyarələrinin bölgəyə təhvil verilməsində məqsəd İranın təcavüz ehtimalı və hərbi əməliyyatların İsrail sərhədlərindən kənara genişlənməsinin qarşısını almaqdır.
Amerika F-15 və F-35-lərinin Yaxın Şərqə nə vaxt çatacağı hələlik dəqiq bilinmir.