10 Oktyabr 2023 11:20
2 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri gecə saatlarında “Şahid” tipli kamikadze dronlarından (İran) istifadə edərək Ukraynaya zərbə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rusiya gecə saatlarında 36 “Şahid” (136/131) tipli hücum PUA-larından istifadə etməklə Ukraynaya növbəti hava zərbəsi endirib. Düşmənin 27 “Şahid”i hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə məhv edilib”, - məlumatda deyilir.

İran PUA-ları Odessa, Nikolayev və Xerson vilayətlərində zərərsizləşdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər