10 Oktyabr 2023 16:12
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail həm hərbi, həm də kəşfiyyat baxımından düzəlməz məğlubiyyətə uğradı”.

Teleqraf.com xəbər verir ki, bunu İranın dini lideri Əli Xameneyi deyib.

“Bu “dağıdıcı zəlzələ” işğal rejiminin (İsraili nəzərdə tutur – red.) asanlıqla bərpası mümkün olmayan bəzi təməl strukturlarını dağıda bildi.

Biz (HƏMAS-ın hücumunun) bacarıqlı və ağıllı təşkilatçıların və fələstinli gənclərin alınlarından və əllərindən öpürük, amma son hadisələrin fələstinlilərin işi olmadığını söyləyənlər yanılırlar. Sionistlər (İsrail) öz əməlləri ilə özünü məhv etdi”, - Xameneyi bildirib.

İranın dini lideri HƏMAS-ın hücumuna görə İsrail rəhbərliyini günahlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər