11 Oktyabr 2023 10:54
11 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Krımda reydlər keçirən Ukrayna qüvvələri hücum əməliyyatları zamanı məhv edilməli olan strateji məntəqələri müəyyənləşdirirlər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəisi, ordu general Mikola Malomuj deyib.

“İndi xüsusi təyinatlıların, Hərbi Dəniz Qüvvələrinin bölmələrinin kiçik taktiki uğurları olsa da, bu, gələcəyə hazırlıqdır. Raket sistemləri, müxtəlif tipli dronları, təxribat əməliyyatları və desant enişlərini kompleks şəkildə əhatə edən genişmiqyaslı əməliyyat olacaq. Krımda təkcə kəşfiyyatçı qrupları yox, on minlərlə xüsusi əməliyyat qüvvələri də olacaq. Bu cür güclü struktur müxtəlif nöqtələrdə, müxtəlif sistemlərdə istifadə olunarsa, Krımdakı strateji yerlər və bazaları məhv etmək mümkündür. Bu yanaşma genişmiqyaslı əməliyyat keçirməyə və Krımı tez bir zamanda azad etməyə imkan verir. Uzun müddətd planlaşdırılan bu cür əməliyyatlar çox tez nəticə verir”, - general bildirib.

Malomuj əmindir ki, Rusiya qoşunları və işğal zamanı yarımadaya daxil olan ruslar Krımdan çıxacaqlar:

“Çaxnaşma vaxtı içəri daxil olan 850 min rus Krımdan qaçacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər