Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin “Böyük yeddiliy”ə qayıtmaqla bağlı ümidini puç edib.
Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə alman nəşri “Frankfurter Allgemeine Zeitung” xəbər yayıb.
Nəşrin bildirdiyinə görə, Merkel Rusiya prezidentinin “G 7” sammitinə dəvət edilməsi mümkünlüyü birmənalı istisna edib.
Xatırladaq ki, Almaniya Qərb ölkələri arasında Kremlə qarşı daha loyal mövqeyi ilə seçilir. Rusiya Krımın ilhaqına və Ukraynanın cənub-şərqində separatçı hərəkata hərbi dəstəyinə görə “Böyük səkkizlik”dən çıxarılıb.