Türkiyənin qəzzalı mülki şəxslər üçün humanitar yardımını daşıyan üçüncü təyyarə Ankaradan yola düşüb.
Teleqraf.com xəbər verir ki, hərbi təyyarə Türkiyə Müdafiə Nazirliyi, Qızıl Aypara Cəmiyyəti və Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Komitəsi (AFAD) ilə əməkdaşlıq çərçivəsində qəzzalılara yardım çatdıracaq.
Türkiyənin yardımını daşıyan üçüncü təyyarə Misirin Qəzzaya göndəriləcək humanitar yardım üçün ayırdığı Ariş beynəlxalq hava limanına enəcək.
Dərman, tibbi ləvazimat, qida, konserv, ədyal və uşaq bezləri kimi humanitar yüklər Rəfah sərhəd qapısı vasitəsilə Qəzzaya çatdırılacaq.
Türkiyənin Qəzzadakı mülki şəxslər üçün humanitar yardımını daşıyan ilk iki təyyarə dünən Misirə enib.