“Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, tamamilə fərqli bir müharibə olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” “Rossiya-1” telekanalında deyib.
Belə ki, o, jurnalistin xahişi ilə ABŞ Konqresinin komissiyasının həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə qarşıdurması variantını nəzərə almaqla hazırlaşmaq tövsiyəsini şərh edib.
“Biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamam başqa müharibə olacaq”, - o bildirib.
O əlavə edib ki, ağlı başında olan heç bir şəxs nüvə gücləri arasında müharibə ehtimalına yol verməməlidir: “Biz hamımız müharibəyə hazırlaşırıq, çünki məlum qədim prinsipə əməl edirik: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Amma güman edirik ki, biz sülh istəyirik”.