İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağına hücum nəticəsində HƏMAS-ın yüksək rütbəli komandiri Muataz İdanın məhv edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, İda HƏMAS-ın cənubdakı qüvvələrinə rəhbərlik edib. O, Qəzzada hava hücumu zamanı öldürülüb.
İsrailli hərbçilər dünən Qəzza zolağının şimalı da daxil olmaqla 250-dən çox hədəfi vurduğunu bildiriblər. Hədəflər arasında HƏMAS və “İslami Cihad” Hərəkatının hərbi qərargahı, müşahidə məntəqələri və bir neçə raket buraxılış məntəqəsi də var.