ABŞ Qəzzada Əl-Əhli xəstəxanasında baş verən partlayışla bağlı İsrailin izahatını qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Ynet” adı açıqlanmayan ABŞ rəsmisinə istinadla məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, buna İsrailin hava hücumu yox, “İslami Cihad”ın Qəzzadan İsrailə atdığı raketin səhvin xəstəxanaya düşməsi səbəb olub.