18 Oktyabr 2023 23:49
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında Fələstin radikallarına qarşı hərbi əməliyyat uzun sürəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Təl-Əvivdə səfərdə olan ABŞ Prezidenti Co Baydenlə görüşü zamanı bildirib.

Nazir bildirib ki, İsrail bütün dünyanın azadlığı üçün mübarizə aparacaq.

Görüşdən sonra İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Qalant Baydenə ABŞ-ın İsrailə göstərdiyi qeyd-şərtsiz dəstəyə və onun özünümüdafiə hüququna görə təşəkkür edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər