“Ukrayna Qərbin ayırdığı nəhəng hərbi-maddi yardımla belə Rusiyanı məğlub edə bilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ ordusunun təqaüddə olan polkovnik-leytenantı Daniel Devis deyib.
“Konqresin nə qədər pul ayırmasından, nə qədər tank təmin və nə qədər artilleriya mərmisi istehsal etdiyimizdən asılı olmayaraq, Kiyevdə hərbi qələbəyə gedən yol var: açıq həqiqəti dərk etməyin vaxtı çatıb”, - polkovnik bildirib.
Devis qeyd edib ki, Qərb Ukrayna ordusunun hücumuna böyük vəsait xərcləyib, amma bu, ona olan ümidləri doğrultmayıb, ukraynalılar yenə də canlı qüvvə və texnika baxımından heyrətamiz itkilər veriblər. Bundan əlavə, o söyləyib ki, Vaşinqtondakı siyasi xaos və Yaxın Şərqdəki qeyri-sabit vəziyyət baxımından Qərbdə Ukraynaya yardımı artırmağın mənasının olub-olmadığı düşüncəsini gücləndirə bilər.
“Ukrayna dörd aylıq hücumlardan, altı aylıq hazırlıqdan, 46 milyard dollardan çox hərbi yardımdan və ciddi kəşfiyyat dəstəyindən sonra Rusiyanın müdafiəsini keçə bilməyibsə, onda əlavə maliyyələşdirmə tərəfdarları hansı əsasla iddia edə bilərlər ki, veriləcək milyardlarla dollarlıq paket uğur qazandıracaq? Xüsusən də bütün əvvəlki səylər uğursuz olubsa”, - Devis vurğulayıb.
Polkovnikin iddiasına görə, ABŞ hökumətinin Ukraynada müharibəyə son qoymaq üçün konkret planı yoxdur.