25 Oktyabr 2023 18:14
1 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Əli Xameneyi ABŞ-ı İsrailin 7 oktyabr hücumuna cavab olaraq Qəzzada HƏMAS-a qarşı həyata keçirdiyi zərbələri idarə etməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, o, Amerikanı “cinayətkarların ortağı” adlandırıb.

“ABŞ Qəzzada törədilən cinayəti müəyyən mənada idarə edir. Amerikalıların əlləri məzlumların, uşaqların, xəstələrin, qadınların və başqalarının qanına bulaşıb.

Hər kəs bilsin ki, bu məsələdə və gələcək işlərdə Fələstin xalqı qalibdir və gələcək dünya Fələstin dünyasıdır, sionist rejimin yox”, - Xameneyi deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər