ABŞ Rusiyaya qarşı tətbiq olunan sanksiyaların qüvvədə qalmasında israrlıdır. Müvafiq açıqlama ilə bu ölkənin prezidenti Barak Obama çıxış edib. O, rəsmi Moskvaya qarşı sanksiyaların qüvvədə qalacağını vurğulayıb.
Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə müzakirə edib.
Tərəflər həmçinin Ukraynada islahatların gerçəkləşdirilməsi üçün zəruri məsələləri də müzakirə ediblər.
“Biz Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağı barədə razılığa gəldik. Rusiyanın Ukraynaya təcavüzü başa çatmayana qədər bu belə olacaq”, deyə Obama bildirib.