Moldova Prezidenti Maya Sandu ölkənin müdafiə xərclərinin artırıldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, prezident müdafiə xərclərinin artırılmasının iqtisadi inkişafın təşviqi və dövlətin gələcək inkişafı üçün lazım olduğunu deyib.
“Yaxşı təchiz edilmiş, amma zəif maaşlı ordu tapşırıqları yerinə yetirə bilməz. Hərbi peşəni daha cəlbedici etmək lazımdır”, - Sandu vurğulayıb.
Onun sözlərinə görə, effektli müdafiə olmadan mühüm iqtisadi göstəricilərə nail olmaq çətindir.
Moldova ordusunun gücləndirilməsi və artan təlimlər işğal altındakı Dnestryanıda separatçıları narahat edib. Bölgədəki separatçı rejimin “xarici işlər naziri” Vitali İqnatev söyləyib ki, Moldova ordusuna yeni silahların verilməsi və NATO ölkələri ilə misli görünməmiş sayda hərbi təlimlərin keçirilməsi hərbi hazırlıq kimi şərh edilməlidir.