2 Noyabr 2023 12:31
6 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

“HƏMAS 7 oktyabr hücumunu İsrail məhv edilənə qədər təkrarlayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu HƏMAS-ın siyasi bürosunun üzvü Qazi Həmad deyib.

“İsrail bizim torpağımızda yeri olmayan bir ölkədir. Bunu aradan qaldırmalıyıq, çünki bu, ərəb və İslam xalqı üçün təhlükəsizlik, hərbi-siyasi fəlakətdir. Biz bunu deməkdən çəkinmirik”, - HƏMAS nümayəndəsi vurğulayıb.

Həmad İsrailin bütün Fələstin torpaqlarından silinməli, tamamilə məhv edilməli olduğunu bildirərək, İsrailin varlığının “məntiqsiz” olduğunu iddia edib.

“İsrailə dərsini verməliyik, bunu iki-üç dəfə edəcəyik. “Əl-Əqsa tufanı” (HƏMAS-ın otyabrın 7-də İsrailə hücumun verdiyi ad) ilk addımdır”, - Həmad əlavə edib.

HƏMAS nümayəndəsi İsraillə savaşın ağır bədəlinin olduğunu, olacağını da söyləyib:

“Bədəl ödəməliyik? Bəli, bunu ödəməyə hazırıq. Bizə “şəhid xalq” deyirlər, biz də şəhid verməkdən qürur duyuruq”.


Müəllif: Mənsur Rəğbətoğlu