2 Noyabr 2023 16:46
1 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın təhlükəsizlik qüvvələri hökumət binalarını ələ keçirməyi planlaşdıran terrorçuları zərərsizləşdirib.

Teleqraf.com xəbər verir, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

İlkin araşdırma zamanı 5 nəfər saxlanılıb. Qeyd olunur ki, terrorçular MTX əməkdaşları tərəfindən ifşa olunduqları üçün planlarını tamamlaya bilməyiblər.

Axtarışlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən odlu silahlar, döyüş sursatı, rabitə cihazları və raketlər, PUA-lar, zirehlər, hərbi geyimlər, optik nişangahlar, qandallar, videomüşahidə cihazları, kompüterlər, mobil telefonlar, elektron yaddaş qurğuları, Ermənistan və Rusiyanın mobil operatorlarının SİM kartları, habelə planlaşdırılan hərəkətlərin qeydləri aşkarlanıb.

MTX-nin iddiasına görə, hazırlanan terror əməliyyatı “Şimal yarpaqlarının düşməsi” adlandırılıb. Bunu həyata keçirmək və daha çox insanı cəlb etmək üçün “Milli Qurtuluş Üsyanı” adlı Ukrayna və Moldovada Teleqram kanallarının yaradılması nəzərdə tutulub. Bundan əlavə, təşkilatçılar yardım avadanlıqları almaq və qruplaşma üzvlərinin ailələrini Gürcüstana aparmaq niyyətində olublar.

Təşkilatçılar binaları ələ keçirmək üçün hücumu, qaçış yollarını və pusquları diqqətlə planlaşdırıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər