“Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahın bu gün axşamkı çıxışından əvvəl Qəzzanın şimalındakı İsrail Müdafiə Qüvvələrinin (SAXAL) yüksək hazırlıq vəziyyətində olduğu bildirilib
Teleqraf.com xəbər verir ki, bu barədə SAXAL-ın sözçüsü, kontr-admiral Daniel Haqari məlumat verib.
“Lazım gələrsə, istənilən cəbhədə cavab verəcəyik. Şimalda hazırıq, istənilən hücuma bu gün və qarşıdakı günlərdə cavab verməyə davam edəcəyik.
İran İsrailə qarşı proksilərini təşviq edir, istənilən təhdid qarşısında istənilən cəbhədə qisas alacağıq. Şimalda da yüksək hazırlıq var”, – admiral bildirib.
“Hizbullah” liderinin HƏMAS-İsrail savaşının başalamasından bəri ilk dəfə axşam ictimaiyyət qarşısında müraciət edəcəyi açıqlanıb.