İsrail ordusu HƏMAS-ın daha bir rəhbər şəxsini məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, o, HƏMAS-ın Deyr əl-Bəlah batalyonunun komandiri olub. Zərərsizləşdirilən hərbçinin adı hələ ki açıqlanmayıb.
Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.