7 Noyabr 2023 17:51
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudanda 2023-cü ilin iyulundan 2024-cü ilin iyununa qədər 5 yaşdan kiçik təxminən 1 milyon 650 min uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) 15 agentliyi, regional və beynəlxalq qeyri-hökumət təşkilatlarından ibarət İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) Sudan haqqında təhlil məqaləsində öz əksini tapıb.

Təhlillərə görə, oktyabr-noyabr dövründə Sudanda əhalinin demək olar ki, yarısına uyğun gələn 5 milyon 830 min insan yüksək səviyyə olaraq təsnif edilən 3 və ya daha yüksək səviyyədə kəskin qida çatışmazlığı yaşayıb.

Xroniki aclıqdan daha şiddətli olan kəskin qida çatışmazlığı yaşayan insanların sayının 2024-cü ilin aprel-iyul aylarında 7 milyon 100 min nəfərə yüksələcəyi gözlənilir.

Eyni dövrdə 870 min hamilə və ya süd verən qadının kəskin qida çatışmazlığı yaşayacağı təxmin edilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər