Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Brüsselə səfər edən İordaniya Kralı II Abdullah ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bunu bağlı qapılar arxasında keçirilən görüşdən sonra Leyen “X”də yazıb.
O, Kral Abdulla ilə Yaxın Şərqdəki son vəziyyəti müzakirə etdiklərini açıqlayıb:
“Sabitliyin təmin edilməsində Abdullahın həyati rolu var. Mən fələstinlilərin Qəzzadan zorla köçürülməməsi və Aİ-nin iki dövlətli həll yolunu dəstəkləməsi ilə bağlı mövqeyimi təkrarladım”.