Türkiyənin baş naziri Əhməd Davudoğlu az öncə ölkədə inqilabın baş verdiyini söyləyərək, ictimaiyyətin diqqətini çəkib.
Teleqraf.com-un məlumatına görə, söylədiklərinə aydınlıq gətirən baş nazir söhbətin texnologiya sahəsində inqilabdan getdiyi vurğulayıb.
O, qeyd edib ki, bundan sonra Türkiyə zəruri tibbi avadanlıqlarla təmin edilmiş, təcili yardım və digər müvafiq məqsədlərlə istifadə ediləcək helikopterlərə malik olacaq.
Müvafiq helikopterin istifadəyə verilməsi mərasimində çıxış edən Davudoğlu bu önəmli hadisənin Türkiyənin həyatını dəyişəcəyini söyləyib:
"İndi bu gün inqilab mahiyyətində daha bir addım atırıq. İlk dəfə gecə uçuş tutumuna sahib təcili yardım helikopterimizi istifadəyə veririk”.
Nail Cəlil