10 Noyabr 2023 01:53
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyanın müxalifəti təcili növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir.

Teleqraf.com bu barədə Avropa mətbuatına istinadən xəbər verir.

Belə ki, hakim sosialistlər istisna olmaqla, bütün siyasi qüvvələr Baş nazir Antonio Kostanın istefasından sonra növbədənkənar parlament seçkilərinin təyin edilməsi və iki ay ərzində keçirilməsi xahişi ilə Prezident Marsel Rebelo de Sousaya müraciət ediblər.

Erkən seçkilər tələbini ən çox müxalifət lideri və sağ mərkəzçi Sosial Demokrat Partiyasının sədri Luis Monteneqro israr edir.

Partiyalar sosialist çoxluğun Portuqaliyanın 2024-cü il büdcəsini təsdiq etməsinə mane olmaq üçün parlamentin buraxılmasını gecikdirməkdə maraqlı deyillər.

Xatırladaq ki, Marselo Rebelo de Sousa mədən icazələri ilə bağlı korrupsiya qalmaqalı fonunda baş nazir Antonio Kostanın istefasını qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər