11 Noyabr 2023 10:15
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna silahlı qüvvələri Xerson vilayətinin sol sahilinə qurudan hücuma keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Ukrayna müdafiə qüvvələri Poym (Xersondan 10 km cənub-şərq), Pişçanivka, Podstepnı və Krınık yaxınlığında hücuma keçib.

Rus mənbələrinə görə, Rusiya qüvvələrinin hava hücumundan müdafiə sistemindəki boşluqlar Ukrayna qoşunlarına Krınık yaxınlığında zərbə-taktiki aviasiya vasitələri ilə fəaliyyət göstərməyə imkan verir.

Ukrayna ordusu Rusiyanın Xerson vilayətinin sol sahilindəki mövqelərini HIMARS raketləri ilə vurub. Raketlərdən biri Rusiya hərbçilərinin yerləşdiyi binaya dəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər