“İsrailə sürprizimiz olacaq, qələbəyə yaxınıq”.
Teleqraf.com xəbər verir ki, bunu Fələstinin HƏMAS Hərəkatının silahlı qanadı “İzzəddin əl-Qəssam” briqadasının sözçüsü Əbu Übeydə deyib.
“Əhval-ruhiyyəmiz yüksəkdir, qələbə yaxınlaşır. Qəlblərinizə şəfa verəcək sürprizlər görəcəksiniz, sizdən tək istəyimiz dua etməkdir. Allaha qovuşacağını düşünənlər deyəcəklər ki, kiçik bir dəstə böyük bir dəstəyə qalib gəldi”, - Übeydə bildirib.
“İslam Cihad” Hərəkatının “Qüds” briqadasının sözçüsü Əbu Həmzə isə Fələstin xaricində hazırlıq gördüklərini iddia edib.
“Müharibə artıq Qəzza ilə məhdudlaşmır. Fələstin xaricində də hazırlıqlar görmüşük”, - Həmzə vurğulayıb.