Konqo Demokratik Respublikasının şərqində üsyançı qruplaşma ilə hərbçilər arasında atışmada azı 6 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
Hadisə Şimali Kivu əyalətinin inzibati mərkəzi Qoma şəhərindən 15 km aralıda yerləşən Muqerva kəndində qeydə alınıb.
Hazırda “23 Mart Hərəkatı”nın silahlıları Qomaya doğru irəliləyir.