13 Noyabr 2023 14:24
10 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın əks-hücumunun uğursuzluğu, İsraillə HƏMAS arasında savaş, eləcə də ABŞ-da daxili siyasi problemlər Moskvanın öz məqsədlərinə çatmasına şərait yaradır.

Teleqraf.com xəbər verir ki, bunu fransalı politoloq Karol Qrimo-Potte deyib.

“Hazırkı ümumi kontekstdə paradiqma dəyişikliyinin ortasındayıq. Bəzi amillər hər şeyin Rusiya üçün əlverişli nəticəyə doğru getdiyini göstərir”, - ekspert bildirib.

Pottenin sözlərinə görə, İsrail-HƏMAS müharibəsi medianın diqqətini Ukraynadan yayındırıb, Konqresdəki respublikaçıların etirazı səbəbindən ABŞ Prezidenti Co Bayden üçün Kiyevin maliyyələşdirilməsinə külli miqdarda vəsait ayırması getdikcə çətinləşir. Ekspertin fikrincə, amerikalıların artan narazılığı Baydenin 2024-cü ildə yenidən seçilməsini sual altına qoyur, bu da Rusiya üçün müsbət nəticə verə bilər. Potte sabiq prezident Donald Trampın seçilməsi ehtimalını yüksək hesab edir.

“Əvvəldən vaxt Vladimir Putinin xeyrinə işləyirdi”, - politoloq vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər