15 Noyabr 2023 16:03
10 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa məhkəməsi 2013-cü ildə kimyəvi silahdan istifadə ittihamı ilə Suriya Prezidenti Bəşər Əsədin həbsinə order verib.

Teleqraf.com xəbər verir ki, kimyəvi silahdan istifadə ilə bağlı ümumilikdə 4 ittiham irəli sürülüb.

Suriya lideri ilə yanaşı, onun Suriya Respublika Qvardiyasının (Suriya hakimiyyətini qorumaq üçün nəzərdə tutulmuş elit hərbi birləşmə) komandiri olan qardaşı Mahir Əsəd və adları açıqlanmayan daha iki general barəsində həbs qərarı verilib.

Onların dördü də bəşəri və müharibə cinayətlərində iştirakda ittiham olunub.

Rəsmi Dəməşq hələlik qərarı şərh etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər